Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək Sərgi aprelin 12-dən 14-dək keçiriləcək
Ədəbiyyat
8 Aprel , 2016 20:11
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 12-dən 14-dək London şəhərində 60-dan çox ölkənin və 1000-dən çox təşkilatın iştirakı ilə növbəti beynəlxalq kitab sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Sərgidə ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Dünyanın mühüm paytaxtlarından biri olan London şəhərində keçirilən kitab sərgisində iştirak etməkdə əsas məqsəd zəngin milli mədəniyyətimizin, ölkəmizin turizm imkanlarının, Qarabağla bağlı həqiqətlərin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, təcrübə müabdiləsi və əməkdaşlığın yaradılmasıdır.

Qeyd edək ki, ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən mütəmadi olaraq London Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi