Yuxarı

Azərbaycan ədəbiyyatı Belarusda təqdim olunub

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Tərcümə Mərkəzinin milli ədəbiyyatın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində ərsəyə gətirdiyi Belarus dilində “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq Kitab Sərgisində təqdim edilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, Belarus Milli Kitabxanasında baş tutan tədbirdə Belarusun ədəbi ictimaiyyəti, mətbuat nümayəndələri, qiraət ustaları iştirak ediblər.

Kitaba daxil edilən şeirləri belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər - Naum Qalperoviç, Tatyana Sivets, Yuliya AleyçenkoValeriya Sarotnik çıxış edərək Azərbaycan-Belarus ədəbi-mədəni əlaqələrinin inkişafından, xalqlararası anlaşmanın körpüsü olan bu mübadilələrin müstəsna əhəmiyyətindən danışıblar.

Daha sonra Belarusun məşhur qiraət ustası Nikolay Leonçik antologiyaya daxil edilmiş Azərbaycan şairlərinin şeirlərini səsləndirib. Tədbirin bədii hissəsində Azərbaycan milli rəqsi nümayiş etdirilib.

Qeyd edək ki, kitaba müasir Azərbaycan poeziyasının Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, İsa İsmayılzadə, Ələkbər Salahzadə və digər bu kimi parlaq simalarının şeirləri toplanıb.

Tədbir Belarus mətbuatında və televiziyasında geniş işıqlandırılıb.     

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi