AYB sədri: "Əsərlərimizi bəyənməsinlər, tənqid etsinlər, amma oxusunlar"

AYB sədri: "Əsərlərimizi bəyənməsinlər, tənqid etsinlər, amma oxusunlar" "Şair və yazıçıların bir arzusu olur: kitabları oxunsun. Oxucular bəyənməsinlər, tənqid etsinlər, amma oxusunlar".
Ədəbiyyat
6 Oktyabr , 2022 12:38
AYB sədri: Əsərlərimizi bəyənməsinlər, tənqid etsinlər, amma oxusunlar
Anar Rzayev

"Şair və yazıçıların bir arzusu olur: kitabları oxunsun. Oxucular bəyənməsinlər, tənqid etsinlər, amma oxusunlar".

"Report" xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşdə deyib.

"Anar-gəncliyin arzusu!" adlı tədbiri universitetin rektoru, tarix üzrə elmlər doktoru Cəfər Cəfərov açıb.

O, Azərbaycan vətəndaşlarının Anarın əsərləri və ssenarisini yazdığı filmlərlə ən az bir neçəsi ilə tanış olduğunu bildirib: "Bir neçə dəfə xarici ölkələrdə Anar müəllimlə görüşlərimiz olub. Onun necə mədəniyyətə sahib olduğunu görmüşəm. O, Azərbaycan ədəbiyyatını və tarixini dünyada layiqincə təmsil edib. Bu gün isə ADPU-da tələbələri ilə görüşə görə təşəkkür edirəm".

Anar Rzayev isə tələbələri daha çox mütailə etməyə, günlərini kitabxanalarda keçirməyə çağırıb: "Universitetinizin kitabxanası zəngindir. Ümid edirəm ki, bura gələn tələbələr də həmin kitabxandan istifadə edirlər. Rəhbərliyə də təşəkkür edirəm ki, görüş təşkil ediblər. Burada bir neçə dəfə görüşüm olub. Bu dəfə xeyli müsbət dəyişiklik gördüm".

Daha sonra universitetin müəllimləri yazıçının həyat yaradıcılığı barədə məruzələrlə çıxış ediblər.

Həmçinin Anarın əsərlərindən parçalar səsləndirilib, ssenarilərinə çəkilən filmlərdən fraqmentlər nümayiş etdirilib.

Sonda yazıçı tələbələrin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi