AYB ədəbi müsabiqə elan edib

AYB ədəbi müsabiqə elan edib Müsabiqə Çanaqqala savaşının 100 illiyi münasibətilə keçirilir
Ədəbiyyat
482
2 Mart , 2015 15:47
AYB ədəbi müsabiqə elan edib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyi (AYB) Çanaqqala savaşının 100 illiyi münasibətilə ədəbi müsabiqə elan edib.

"Report" xəbər verir ki, bu barədə xəbəri AYB mətbuat xidməti yayıb.

Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə təşkil olunan müsabiqəyə əsərlərin qəbulu bu il martın 2-dən aprelin 14-dək aparılacaq.

Müsabiqəyə əsərlər şərti imza ilə çap halında 5 nüsxə olmaqla, zərfə qoyularaq təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdə isə müəllif haqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

5 nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.

Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşının ildönümü günlərində Azərbaycan Yazıçılar Birliyində keçiriləcək mərasimdə elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək.

Qalib seçilən əsərlər kitab halında nəşr olunacaq.

Son xəbərlər

Orphus sistemi