Bakı.11 noyabr. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyində (AYB) əməkdar jurnalist Telman Qarayevin 80 illik yubileyi münasibətilə görüş keçiriləcək.
Bu barədə "Report"a AYB-dən bildirilib. Tədbir noyabrın 12-də AYB-nin "Natəvan" klubunda olacaq.
Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin, Mətbuat Şurasının üzvləri iştirak edəcək.
Qeyd edək ki, Telman Qarayev jurnalistikaya ötən əsrin 70-ci illərində gəlib. Uzun illər Azərbaycan radio və televiziyasında çalışıb.