AYB-də Cəfər Cabbarlı komissiyası yaradılıb

AYB-də Cəfər Cabbarlı komissiyası yaradılıb AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli komissiyaya sədr təyin olunub
Ədəbiyyat
19 İyun , 2015 15:00
AYB-də Cəfər Cabbarlı komissiyası yaradılıb

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Yazıçılar Biriyinin tərkibində Cəfər Cabbarlı komissiyası yaradılıb. "Report" xəbər verir ki, bu barədə məlumatı AYB saytı yayıb.

AYB-də keçirilən toplantıda qurumun tərkibində Cəfər Cabbarlı komissiyasının yaradılması ilə bağlı müzakirələr aparılıb və müsbət qərar qəbul edilib. 

Birliyin sədri Anar Rzayevin imzaladığı əmrdə deyilir ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, mənəvi dəyərlərin zənginləşməsində, milli şüurun oyanışında, vətənpərvərlik duyğularının təbliğində, dilin saflığında misilsiz xidmətlər göstərmiş milli sənətkar, böyük dramaturq Cəfər Cabbarlıının ədəbi-bədii irsinin tədqiqi və təbliği sahəsində sistemli fəaliyyət göstərmək, elmi konfranslar, sessiyalar, müsabiqələr, disputlar keçirmək, kitablar, bukletlər hazırlamaq, təqdimat mərasimləri, qiraət yarışları təşkil etmək, qalibləri mükafatlandırmaq və s. məqsədilə Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı komissiyası yaradılsın.

Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxildir:

Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, AYB-nin üzvü

Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru

Gülşən Əliyeva-Kəngərli – ADMİU-nun prorektoru, filologiya elmləri doktoru, professor, AYB-nin üzvü

Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, AYB-nin üzvü

Süleyman Kaan Yalçın – Türkiyə, Elazığ şəhəri, Fırat Universitetinin dosenti, doktor

Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü

Son xəbərlər

Orphus sistemi