Türkiyənin Ankara şəhərində
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə baş tutub. Mərasimdə hər iki ölkədən dövlət və hökümət nümayəndələri, diplomatik korpusların təmsilçiləri, millət vəkilləri, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edərək ümummilli lider Heydər Əliyevin keşməkeşli və şərəfli həyat yolundan danışıb. O, Heydər Əliyevin zamanın yetişdiriyi nadir şəxsiyyətlərdən olduğunu deyib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Eyni zamanda Milli Məclisin Səhiyyə komitəsinin sədri, professor
Milli Məclisin deputatı, xalq yazıçısı Elmira Axundova mükəmməl təqdimata görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirərək ulu öndər Heydər Əliyevin sadiq dostu olaraq, 13 ildə yazdığı kitablarla onun ruhu qarşısında az da olsa özünü xöşbəxt hiss etdiyini deyib: “O, mənə hər zaman sadiq dost deyirdi. Bu gün çox xoşbəxtəm ki, Türkiyə sevdalısı olan ulu öndərin həyatını türk oxuculara təqdim edirəm. Kitab o qədər gözəl hazırlanıb ki, sadəcə, zövq alıram. Heydər Əliyevin həyatı kitablara sığmayacaq qədərdir. Ancaq belə təqdimat məni çox ruhlandırır. Sevinirəm ki, elə böyük bir şəxsiyyətin əhatəsində olmuşam".
Sonda Elmira Axundova mərasim iştirakçılarına imzalı kitablarını təqdim edib.
Qeyd edək ki, üçcildlik roman-tədqiqatda Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunur. Əsəri Türkiyə türkcəsinə çevirən Azad Ağaoğludur.
Vüsalə Abbasova