Yuxarı

"33 pərdəli dram" kitabının təqdimat mərasimi keçirilib

Kitabın müəllifi jurnalist Ramilə Qurbanlıdır

Bakı. 28 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında jurnalist Ramilə Qurbanlının "33 pərdəli dram" kitabının təqdimat mərasimi olub.

"Report" xəbər verir ki, kitabda müəllifin tanınmış mədəniyyət adamları haqda yazıları dərc olunub.

Kitabda toplanan materiallarda mədəniyyət adamlarının sənət yolu ilə yanaşı, həm də həyat yollarından, keşməkeşli talelərindən söz açılır.

20 ildir jurnalistikada olan Ramilə Qurbanlı bu illər ərzində mədəniyyət və incəsənət adamları haqqında yazdığı yazıları, məqalələri bir yerə toplamağın vaxtının çatdığını bildirir.

"20 ildir sənət adamlarından yazıram. Dostlarım bu yazıları bir yerə toplayıb, kitab şəklində çap etdirməyi məsləhət gördülər. Düzü, bunu özüm də istəyirdim. Son vaxtlar yazılarımın "mənimsənilməsi" qəti addım atmaqda mənə təkan oldu. Bilik Fondunun dəstəyi ilə ərsəyə gələn " 33 pərdəli dram" kitabımda sənət dünyasında olan, hazırda yaşayan və dünyasını dəyişən insanlar haqqında yazdığım yazılarımı toplamışam"

Qeyd edək ki, kitabın təqdimat mərasimində Akademik Milli Dram Teatrının bədii rəhbəri Azərpaşa Nemət, yazıçı Çingiz Abdullayev, xalq artistləri Fuad Poladov, Hacı İsmayılov, Ramiz Novruz və başqaları iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi