​Yunanıstanda referendumun keçirilməsinin təfərrüatları məlum olub

​Yunanıstanda referendumun keçirilməsinin təfərrüatları məlum olub Referendumda yalnız yaşı 18-ə çatmış Yunanıstan vətəndaşları iştirak edə bilər
Digər ölkələr
4 İyul , 2015 18:58
​Yunanıstanda referendumun keçirilməsinin təfərrüatları məlum olub

Bakı. 4 iyul. REPORT.AZ/ Yunanıstana maliyyə yardımı məsələsi üzrə referendum iyulun 5-də, yerli vaxtla saat 07:00-da başlayacaq.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, referendum 12 saat davam edəcək və 19.00-da başa çatacaq.

Qeyd olunur ki, referendumda yalnız yaşı 18-ə çatmış Yunanıstan vətəndaşları iştirak edə bilər.

Nəticələrin açıqlanacağı vaxt hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi