Yuxarı

Yerevanda polis bölməsində 36 yaşlı kişini döyərək öldürüblər

Yerevanda polis bölməsində qətl baş verib

Ermənistanın paytaxtı Yerevan şəhərində polis bölməsində 36 yaşlı Edqar Tsatikyanın döyülərək öldürülməsi faktı üzrə cinayət işi başlanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, E.Tsatikyanın atası oğlunun polis bölməsində işgəncəyə məruz qaldığına dair Yerevanın Nor Norka Rayon Polis İdarəsinə məlumat verib. Onun sözlərinə görə, Edqar qorxusundan cibinə atılan narkotik maddəni udub. Atası deyib ki, bundan sonra oğlunun səhhəti ağırlaşıb və Edqar xəstəxanada ölüb.

Hadisə ilə bağlı cinayət işinin araşdırılması davam edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi