Yeni Zellandiyada güclü zəlzələ olub

Yeni Zellandiyada güclü zəlzələ olub Sunami təhlükəsi elan olunmayıb
Digər ölkələr
14 Fevral , 2016 05:48
Yeni Zellandiyada güclü zəlzələ olub

Bakı. 14 fevral. REPORT.AZ/ Yeni Zellandiyada 5,8 bal gücündə zəlzələ baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Krastçerç şəhərindən 17 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat hələlik yayılmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi