Bakı. 14 fevral. REPORT.AZ/ Yeni Zellandiyada 5,8 bal gücündə zəlzələ baş verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Krastçerç şəhərindən 17 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat hələlik yayılmayıb. Sunami təhlükəsi elan olunmayıb.