Bakı. 6 oktyabr. REPORT.AZ/ Yəmənin Ədən şəhərində baş nazir Xalid Bahahın iqamətgahının atəşə tutulması nəticəsində 12 nəfər ölüb.
"Report" "CNN"-ə istinadən xəbər verir ki, hadisə zamanı baş nazir xəsarət almayıb. Ölənlərdən üçü Birləşmiş Ərəb Əmirliyi ordusunun əsgəridir.
Atışmanın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.