Yəhudi radikallar İordan çayının Qərb sahilində məscidi yandırıblar

Yəhudi radikallar İordan çayının Qərb sahilində məscidi yandırıblar Bakı. 13 aprel. REPORT.AZ/ İki yəhudi radikal İordan çayının Qərb sahilində yerləşən Akraba kəndindəki məscidə hücum edib.
Digər ölkələr
13 Aprel , 2018 11:54
Yəhudi radikallar İordan çayının Qərb sahilində məscidi yandırıblar

Bakı. 13 aprel. REPORT.AZ/ İki yəhudi radikal İordan çayının Qərb sahilində yerləşən Akraba kəndindəki məscidə hücum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onlar giriş qapısını yandırıb və məscidin divarında aqressiv xarakterli yazılar yazıblar.

Yanğına cəhd nəticəsində yalnız qapı və qapı özülünün bir hissəsi yanıb. Məscid binası alovdan zərər görməyib.

Qeyd edək ki, Akraba kəndindəki insident Qəzza ilə sərhəddə İsrail ordusunun fələstinlilərlə mümkün toqquşmaları ərəfəsində baş verib.

Son xəbərlər

Orphus sistemi