Yaponiyada gəmidə 10 nəfərdə koronavirus aşkarlanıb

Yaponiyada gəmidə 10 nəfərdə koronavirus aşkarlanıb Yaponiyanın Yokohama şəhərində reyddə olan gəminin 10 sərnişinində koronavirus aşkarlanıb.
Digər ölkələr
5 Fevral , 2020 07:45
Yaponiyada gəmidə 10 nəfərdə koronavirus aşkarlanıb

Yaponiyanın Yokohama şəhərində reyddə olan gəminin 10 sərnişinində koronavirus aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Kato Kasunobu bildirib.

O, qeyd edib ki, karantində olan sərnişnlərdə yeni təhlükəli virusun olduğu müəyyənləşdirilib.

Virusun aşkarlandığı sərnişinlər xəstəxanalara göndəriləcək. Nazir bildirib ki, onların arasında ağır vəziyyətdə olan yoxdur. Eyni zamanda Kato Kasunobu digər sərnişinlərin və heyət üzvlərinin daha 14 gün gəmidə qalması arzusunu ifadə edib. 

"Biz istərdik ki, onlar 14 gün gəmidə qalsınlar. Sərnişinlərin və komandanın sağlamlıq vəziyyətini izləyəcəyik və bütün səylərimizi yoluxmanın genişlənməsinin qarşısını almağa yönəldəcəyik”, - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi