Husilər Ədən körfəzində gəmi əleyhinə ballistik raket atıblar
Husilər Ədən körfəzində gəmi əleyhinə ballistik raket atıblarYəmənin "Ansar Allah" üsyançı husilər hərəkatı Ədən körfəzi istiqamətində gəmi əleyhinə bir ballistik raket buraxıb.
Yəmənin "Ansar Allah" üsyançı husilər hərəkatı Ədən körfəzi istiqamətində gəmi əleyhinə bir ballistik raket buraxıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Təxminən saat 21:35-də (Bakı vaxtı ilə saat 22:35-də) İranın dəstəklədiyi husilər Yəməndə nəzarətləri altında olan ərazidən Ədən körfəzi üzərindən gəmi əleyhinə bir ballistik raket buraxıblar", - bəyanatda deyilir.
Raketin bölgədəki koalisiyanın döyüş gəmilərinə və ticarət gəmilərinə zərər vermədiyi qeyd olunur.
May 19 CENTCOM Update
At approximately 9:35 p.m. (Sanaa time) May 18, Iranian-backed Houthis launched one anti-ship ballistic missile (ASBM) from a Houthi-controlled area in Yemen over the Gulf of Aden. There were no injuries or damages reported by U.S., coalition, or merchant… pic.twitter.com/iud8OSr4nM