Yuxarı

Yaponiyada anomal istilər qeydə alınıb

Yaponiyada anomal istilər qeydə alınıb
© Известия

Bakı. 6 oktyabr. REPORT.AZ/ Yaponiyanın qərbindəki Niiqata əyalətində 36 dərəcə isti qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin rəqəm meteoroloji müşahidələr dövrünün oktyabr ayındakı ən yüksək göstəricidir.

Yaponiyanın əksər bölgələrində müşahidə olunan anomal istilərin ötən həftə ölkə ərazisindən keçən “Trami” və “Konq Ray” tayfunları ilə bağlı olduğu göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi