Yaponiyada 35 minə yaxın insan təxliyə edilib

Yaponiyada 35 minə yaxın insan təxliyə edilib Tokioda 425 təyyarə reysi təxirə salınıb
Digər ölkələr
22 Avqust , 2016 09:51
Yaponiyada 35 minə yaxın insan təxliyə edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Yaponiya hökuməti torpaq sürüşməsi təhlükəsinə görə, Tokio yaxınlığındakı Kavasaki şəhərindən 34 min 360 sakini təxliyə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Mindule" qasırğası nəticəsində ölkə ərazisində leysan yağıb. 

Güclü yağışlar Kavasaki bölgəsində torpaq sürüşməsinə səbəb olub.

Məlumata görə, avqustun 22-də Yaponiyanın mərkəzi şəhərlərində, o cümlədən ölkə paytaxtı Tokioda da güclü qasırğa olub və leysan yağıb. Həmin rayonlarda çayların səviyyəsi qalxıb, qatar və Tokioda 425 təyyarə reysi təxirə salınıb. Yaranmış vəziyyətə görə, yaşayış evlərinə elektrik enerjisinin verilməsi dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi