Vyetnamda çinlilər karantinə götürülüb

Vyetnamda çinlilər karantinə götürülüb Vyetnama Ay təqvimli Yeni il bayramı tətilindən sonra işə qayıdan 5 100-dən çox Çin vətəndaşı karantinə alınıb.
Digər ölkələr
14 Fevral , 2020 12:37
Vyetnamda çinlilər karantinə götürülüb
Deutsche Welle

Vyetnama Ay təqvimli Yeni il bayramı tətilindən sonra işə qayıdan 5 100-dən çox Çin vətəndaşı karantinə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Əmək, Əlillər, Sosial İşlər Nazirliyinin məlumatına görə, ölkədə rəsmi qeydiyyatdan keçərək çalışan Çin vətəndaşlarının ümumi sayı 33,7 mindən artıqdır. Yeni il bayramını qeyd etmək üçün vətənə qayıdan 26 mindən hələlik Vyetnama iş yerinə qayıdanlar 7 600 nəfərdir.

Çin vətəndaşları mehmanxanalarda, yaxud işlədikləri müəssisələrin yataqxanalarında təcrid olunmuş vəziyyətdədir, koronavirusun əlamətləri aşkar olunanlar isə səhiyyə müəssisələrində həkim nəzarətində saxlanılırlar.

Fevralın əvvəllərində nazirlik koronavirusun yayıldığı bölgələrdə olmuş əcnəbi işçiləri iş yerlərinə buraxmaq haqqında çağırış yaymışdı.

Həmçinin “Bangkok Post” xəbər verir ki, paytaxt Hanoyun 40 kilometrliyində 6 yoluxma halı aşkarlandığı 10 minədək əhalisi olan Son Loi icmasında karantin tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi