Maduro Venesuelada çevriliş cəhdi iştirakçılarının tutulduğunu bildirib

Maduro Venesuelada çevriliş cəhdi iştirakçılarının tutulduğunu bildirib Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ona qarşı son sui-qəsd cəhdinin və ölkədə hakimiyyət çevrilişinə cəhdin iştirakçıları tutulub.
Digər ölkələr
27 İyun , 2019 04:06
Maduro Venesuelada çevriliş cəhdi iştirakçılarının tutulduğunu bildirib

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ona qarşı son sui-qəsd cəhdinin və ölkədə hakimiyyət çevrilişinə cəhdin iştirakçıları tutulub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Biz Venesuela cəmiyyətinə və demokratiyasına hücüm etməli olan faşist, terror dəstəsini ifşa etdik, dağıtdıq və yaxaladıq. Onlar tutulub, onlar tam sübutlarla barmaqlıqlar arxasındadır. Biz 14 ay idi ki, bu cinayətkar və faşist qrupunu izləyirdik", - deyə Maduro çıxışında deyib.

Daha əvvəl Venesuelanın hakimiyyət orqanları ölkədə yeni hakimiyyət çevrilişinə cəhdin qarşısının alındığını bildiriblər. Bundan əvvəl isə Maduro bildirib ki, 2018-ci ilin avqustunda ona qarşı sui-qəsd cəhdinin təşkilatçıları icraçılara təxminən 20 milyon dollar ödəyiblər.

Venesuela lideri həmçinin kəşfiyyat orqanının əməkdaşlarına və asayiş keşikçilərinə dövlət başçısının müdafiəsi vaxtı qoçaqlığa və şücaətə görə təşəkkür edib. 

Son xəbərlər

Orphus sistemi