Venesuela prezidenti BMT-dən ona qarşı sui-qəsd cəhdinin araşdırılmasını xahiş edib

Venesuela prezidenti BMT-dən ona qarşı sui-qəsd cəhdinin araşdırılmasını xahiş edib Bakı. 27 sentyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro BMT-dən avqustda ona qarşı törədilmiş sui-qəsd cəhdinin araşdırılması üçün beynəlxalq çərçivədə, müstəqil təhqiqatın təşkil edilməsini xahiş edib.
Digər ölkələr
27 Sentyabr , 2018 05:51
Venesuela prezidenti BMT-dən ona qarşı sui-qəsd cəhdinin araşdırılmasını xahiş edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro BMT-dən avqustda ona qarşı törədilmiş sui-qəsd cəhdinin araşdırılması üçün beynəlxalq çərçivədə, müstəqil təhqiqatın təşkil edilməsini xahiş edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, bu təklifi BMT Baş Assambleyasında çıxışında irəli sürüb.

"Baş katibdən sui-qəsdlə bağlı təhqiqatın aparılması üçün xüsusi nümayəndənin təyin edilməsini xahiş edirəm. Venesuela buna açıqdır", - deyə o, Baş Assambleyadakı çıxışında deyib.

Venesuela prezidentinə qarşı sui-qəsd cəhdi avqustun 4-də, hərbi parad zamanı baş verib. Onun fikrincə, sui-qəsdçilərin hədəfi təkcə onun öldürülməsi yox, həm də ölkədəki sülhün pozulması olub. Hadisə ilə bağlı 28 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi