Vatikan Fələstini tanımağa hazırlaşır

Vatikan Fələstini tanımağa hazırlaşır İsrail Xarici işlər nazirliyi Vatikanın mövqeyi ilə bağlı təəssüfünü bildirib
Digər ölkələr
13 May , 2015 22:28
Vatikan Fələstini tanımağa hazırlaşır

Bakı. 13 May. REPORT.AZ/ Rəsmi Vatikan Fələstin dövlətini tanımağa hazırlaşır.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Fələstinlə imzalanacaq müvafiq saziş mətni artıq Vatikanda hazırlanıb. 

Məlumatı Vatikanın mətbuat katibi Federiko Lombardi təstiq edib. Onun sözlərinə görə, sənəd imzalandıqdan sonra tərəflər arasında diplomatik əlaqələr qurulacaq.

İsrail Xarici işlər nazirliyi Vatikanın mövqeyi ilə bağlı təəssüfünü bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk mayın 16-da Fələstin lideri Mahmud Abbasla görüşəcək.

Son xəbərlər

Orphus sistemi