ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır

ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır Konqo Demokratik Respublikasında Ebola qızdırmasına qarşı tədbirlər üçün 50 milyon dollar vəsait lazımdır. Bu vəsait iyul ayının sonunadək tapılmalıdır.
Digər ölkələr
17 İyun , 2019 11:44
ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır

"Konqo Demokratik Respublikasında Ebola qızdırmasına qarşı tədbirlər üçün 50 milyon dollar vəsait lazımdır. Bu vəsait iyul ayının sonunadək tapılmalıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. 

O, dünya ictimaiyyətini müvafiq ehtiyatları vaxtında ayırmağa çağırıb: “Dünya ictimaiyyətinin bu epidemiyaya son qoymaq üçün maliyyə töhfəsinə ehtiyacımız var. ÜST-nin fevral-iyul ayları üçün cari ehtiyacları 98 milyon dollardan 43,6 milyonu bizə çatıb. Kəsirimiz 54 milyondur. Bütün tərəfdaşlarımızı bu kəsiri ən tez bir zamanda doldurmağa  çağırırıq”.

Son xəbərlər

Orphus sistemi