Yuxarı

Ukrayna AŞPA-dan çıxa bilər

​Ukrayna AŞPA-dan çıxa bilər

Ukrayna Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri bərpa olunacağı təqdirə, onun işində iştirakını sıfra endirə bilər.

"Report" xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryev öz "Facebook" səhifəsində yazıb.

“Əgər rusları heç bir şərt olmadan bərpa edərlərsə, Ukraynanın AŞPA-da nə işi var. İki gün qalıb”, - deyə o əlavə edib.

Assambleyanın Strasburqda keçirilən sessiyasında Rusiyaya AŞPA-nın işində məhdudiyyətsiz iştirak etmək, səs vermək və müzakirələrdə iştirak etmək hüququ verən qərar məsələsi üzrə səsvermə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi