Ukrayna AŞPA-dan çıxa bilər

Ukrayna AŞPA-dan çıxa bilər Ukrayna Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri bərpa olunacağı təqdirə, onun işində iştirakını sıfra endirə bilər.
Digər ölkələr
25 İyun , 2019 05:50
Ukrayna AŞPA-dan çıxa bilər

Ukrayna Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri bərpa olunacağı təqdirə, onun işində iştirakını sıfra endirə bilər.

"Report" xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryev öz "Facebook" səhifəsində yazıb.

“Əgər rusları heç bir şərt olmadan bərpa edərlərsə, Ukraynanın AŞPA-da nə işi var. İki gün qalıb”, - deyə o əlavə edib.

Assambleyanın Strasburqda keçirilən sessiyasında Rusiyaya AŞPA-nın işində məhdudiyyətsiz iştirak etmək, səs vermək və müzakirələrdə iştirak etmək hüququ verən qərar məsələsi üzrə səsvermə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi