Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib Altı terrorçu aprelin 26-da, İraqın şimalındakı hava zərbələri nəticəsində zərərsizləşdirilib
Digər ölkələr
26 Aprel , 2017 22:33
Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib
Foto: "Anadolu"

Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyənin Silahlı Qüvvələri Hakkari vilayətində 2 gün ərzində həyata keçirdiyi antiterror əməliyyatı çərçivəsində 19 PKK terrorçusunu zərərsizləşdirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi silahlı qüvvələrdəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Pilotsuz Uçan Aparatla Çukurca rayonunun cənub-qərbində, İraqın şimalında PKK terrorçularının obyektlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Daha altı terrorçu aprelin 26-da, İraqın şimalında keçirilmiş hava zərbələri nəticəsində zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi