Yuxarı
    Bağlamaq

    Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

    Altı terrorçu aprelin 26-da, İraqın şimalındakı hava zərbələri nəticəsində zərərsizləşdirilib© Foto: "Anadolu"

    Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyənin Silahlı Qüvvələri Hakkari vilayətində 2 gün ərzində həyata keçirdiyi antiterror əməliyyatı çərçivəsində 19 PKK terrorçusunu zərərsizləşdirib.

    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi silahlı qüvvələrdəki mənbəyə istinadən xəbər verib.

    Xəbərdə bildirilir ki, Pilotsuz Uçan Aparatla Çukurca rayonunun cənub-qərbində, İraqın şimalında PKK terrorçularının obyektlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində iki terrorçu zərərsizləşdirilib.

    Daha altı terrorçu aprelin 26-da, İraqın şimalında keçirilmiş hava zərbələri nəticəsində zərərsizləşdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi