Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin energetika naziri Berat Albayrak ABŞ-ı kiberhücumda ittiham edib.
"Report" xəbər verir ki, bu barədə "Turkish Minute" məlumatr yayıb.
Nazir bildirib ki, İstanbulda elektrik enerjisinin kəsilməsi bununla bağlı imiş.
"Dünən biz ABŞ-da hazrlanan intensiv kiber hücumla rastlaşdıq. Energetika Nazirliyinin müxtəlif bölmələri belə hücumlara müntəzəm məruz qalır, ancaq biz onları dəf etdik", - deyə nazir bildirib.
Ötən həftədə İstanbulda və onun ətrafında elektrik enerjisinin kütləvi kəsilmələri baş verib. Albayrak bildirib ki, problem həll edilib.