Yuxarı
    Bağlamaq

    Türkiyənin energetika naziri ABŞ-ı kiberhücumda ittiham edib

    Nazir bildirib ki, İstanbulda elektrik enerjisinin kəsilməsi bununla bağlı imiş

    Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin energetika naziri Berat Albayrak ABŞ-ı kiberhücumda ittiham edib.

    "Report" xəbər verir ki, bu barədə "Turkish Minute" məlumatr yayıb.

    Nazir bildirib ki, İstanbulda elektrik enerjisinin kəsilməsi bununla bağlı imiş.

    "Dünən biz ABŞ-da hazrlanan intensiv kiber hücumla rastlaşdıq. Energetika Nazirliyinin müxtəlif bölmələri belə hücumlara müntəzəm məruz qalır, ancaq biz onları dəf etdik", - deyə nazir bildirib.

    Ötən həftədə İstanbulda və onun ətrafında elektrik enerjisinin kütləvi kəsilmələri baş verib. Albayrak bildirib ki, problem həll edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi