Türkiyənin cənub-şərqində PKK terrorçularının 19 sığınacağı məhv edilib

Türkiyənin cənub-şərqində PKK terrorçularının 19 sığınacağı məhv edilib Terrorçulara qarşı irimiqyaslı əməliyyat davam edir
Digər ölkələr
14 Mart , 2017 05:56
Türkiyənin cənub-şərqində PKK terrorçularının 19 sığınacağı məhv edilib
Foto"Habertürk"

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı irimiqyaslı əməliyyat davam edir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlarda təhlükəsizlik qüvvələrinin 7 minədək əməkdaşı iştirak edir.

Diyarbəkir rəhbərliyinin verdiyi xəbərə görə, son sutka ərzində Lise rayonunda terrorçulara kömək etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Eyni zamanda iki yaşayış məntəqəsindəki 8 evdə axtarışlar aparılıb.

Məlumatda həmçinin qeyd olunur ki, martın 5-dən başlayan əməliyyatlarda terrorçuların 19 sığınacağı və 7 obyekti, həmçinin külli miqdarda narkotik maddələri məhv edilib.  

Son xəbərlər

Orphus sistemi