Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var Atışma zamanı 1 əsgər həlak olub
Digər ölkələr
18 Avqust , 2017 02:16
Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada 1 əsgər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "İhkas" xəbər agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Hatayda baş verib. Belə ki, PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub. Silahlı insident zamanı 1 əsgər yaralanıb. O, İskəndərun Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin həkimlər yaralının həyatını xilas edə bilməyib.

Bölgədə terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.  

Son xəbərlər

Orphus sistemi