Yuxarı

Türkiyədə gənc bacısını öldürüb, valideynlərini ağır yaralayıb

​Türkiyədə gənc bacısını öldürüb, valideynlərini ağır yaraladı

Türkiyədə iraqlı gənc ailə üzvlərini bıçaqlayıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Niğdə şəhərinin Aşağıkayabaşı məhəlləsində baş verib. Məlumata görə, iraqlı ailədə hələlik məlum olmayan səbəbdən baş verən mübahisə sonda qanla bitib.

Belə ki, 29 yaşlı gənc Yəhya Məhəmməd Berzo, atası Məhəmməd Berzo, anası Fahriyə Qəmbər və bacısı Nur Məhəmməd Berzonu bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən bıçaq yarası alan Nur Məhəmməd Berzo hadisə yerində keçinib.

Bıçaq yarası alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda iraqlı gəncin anası, Fahriyə Qəmbərin vəziyyəti ağırdır. Artıq hadisəni törədən 29 yaşlı gənc polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi