Yuxarı

Türkiyədə ağır yol qəzası baş verib: 1 ölü, 30 yaralı

Türkiyədə ağır yol qəzası baş verib: 1 ölü, 30 yaralı
Yaralılar Əskişəhər və Polatlı xəstəxanalarına yerləşdiriliblər

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisə Sivrihasar-Ankara yolunun birinci kilometrliyində qeydə alınıb. Belə ki, Ankaradan Balıkəsir istiqamətində hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşub.

Qəza zamanı avtobusun sürücüsünün köməkçisi hadisə yerindəcə ölüb. Sürücü və 29 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Yaralılar Əskişəhər və Polatlı xəstəxanalarına yerləşdiriliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi