Türkiyədə 8 PKK terrorçusu və minalanmış avtomobil məhv edilib

Türkiyədə 8 PKK terrorçusu və minalanmış avtomobil məhv edilib Əməliyyat zamanı həmçinin 1 çavuş şəhid olub
Digər ölkələr
8 Mart , 2017 19:51
Türkiyədə 8 PKK terrorçusu və minalanmış avtomobil məhv edilib

Bakı. 8 mart. REPORT.AZ/ Türkiyədə PKK terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Məlumatda bilddirilir ki, əməliyyat Diyarbəkrin Lice rayonunda təşkil edilib. Əməliyyat zamanı PKK terror qruplaşmasının 8 üzvü öldürülüb, həmçinin minalanmış avtomobil məhv edilib.

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş silahlı qarşıdurma zamanı 1 türk çavuşu şəhid olub. 

Son xəbərlər

Orphus sistemi