Yuxarı

Türkiyə Prezidenti rusiyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

​Türkiyə Prezidenti rusiyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

İki ölkənin liderləri Suriyada, o cümlədən bu ölkənin şimalındakı vəziyyəti müzakirə edib, xüsusilə, Türkiyə ordusu ilə Suriya hökumətinin Silahlı Qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyini qeyd ediblər.

Rusiya Prezidenti, Suriya-Türkiyə sərhədindəki bölgələrdə humanitar vəziyyətin gərginləşməsinə diqqət çəkib. Putin, eyni zamanda, terror təşkilatların, o cümlədən İŞİD silahlılarının mövcud vəziyyətdən yararlanmalarını qəbuledilməz hesab edib.

“Onsuz da terrorçular azad olmaq və qonşu ölkələrə sızmağa çalışırlar” deyə Kremlin məlumatında qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi