Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub Bakı. 21 yanvar. REPORT.AZ/ Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.
Digər ölkələr
21 Yanvar , 2018 05:22
Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub

Bakı. 21 yanvar. REPORT.AZ/ Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

“Report” “Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yüngül yaralanıb.

İki raket yaşayış evlərinə, biri isə iş yerinə tuş gəlib. Dördüncü raket boş əraziyə düşüb.

Raketlərin düşdüyü evlərdə kiçik həcmli yanğınlar baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi