Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda otel otaqlarının qiyməti 93 faiz artıb

Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda otel otaqlarının qiyməti 93 faiz artıb İkinəfərlik standart otaqda bir gecə qalmaq 2701 dollaradır
Digər ölkələr
19 Yanvar , 2017 06:53
Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda otel otaqlarının qiyməti 93 faiz artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi öncəsi Vaşinqtonda otel otaqlarının qiyməti 93 faiz artıb.

"Report" xəbər verir ki, bu barədə "Marketwatch" "Trivago" xidmətinin məlumatlarına istinadən xəbər verir.

İkinəfərlik standart otaqda bir gecə qalmaq üçün 2701 dollar ödəmək lazımdır. Adi günlər həmin otaqlarda gecələmək cəmi 200 dollara başa gəlir.

Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi