Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ümid edir ki, Səudiyyə Ərəbistanı və digər OPEK üzvləri neft hasilatını azaltmayacaq.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Twitter"də yazıb
"Ümid edək ki, Səudiyyə Ərəbistanı və OPEK neft hasilatını azaltmayacaq. Neftin qiyməti təchizat baxımdan daha aşağı olmalıdır", - deyə prezident bildirib.
Əvvəllər Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, OPEK + ölkələrindən alınan məlumatlar göstərir ki, sazişin iştirakçıları yenidən neft hasilatının azalmasına gedə bilər.
Oktyabrın sonunda Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh bildirib ki, krallıq cari bazar şərtlərinin qorunub saxlanılması ilə neft hasilatını artırmaq niyyətində deyil.