Tramp respublikaçıların impiçment üzrə məruzəsindən razı qalıb

Tramp respublikaçıların impiçment üzrə məruzəsindən razı qalıb ABŞ prezidenti Donald Tramp bildirib ki, respublikaçıların impiçment üzrə məruzəsini oxuyub və razı qalıb.
Digər ölkələr
3 Dekabr , 2019 03:41
Tramp respublikaçıların impiçment üzrə məruzəsindən razı qalıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, respublikaçıların impiçment üzrə məruzəsini oxuyub və razı qalıb.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb. 

"İndicə Böyük Britaniyada (təyyarə ilə - red) yerə endim, NATO-nun sabah Londondakı görüşünə gedirəm. Enməyə qədər respublikaçıların saxta impiçment üzrə məruzəsini oxudum. Əla əsər!" - deyə Tramp "Twitter"də yazıb.

Bundan əvvəl ABŞ KİV-i xəbər yayıb ki, respublikaçılar Nümayəndələr Palatasında demokratların Trampın impiçmenti üzrə yayılmış məruzəsinə hələ cavab hazırlamayıblar və dövlət başçısının ünvanına ittihamları rədd ediblər.

Daha əvvəl isə Tramp bildirib ki, impiçment üzrə dinləmələrə hüquqşünaslarını göndərməyəcək.

Son xəbərlər

Orphus sistemi