Tramp Ohayoda polislərin həlak olması ilə bağlı başsağlığı verib

Tramp Ohayoda polislərin həlak olması ilə bağlı başsağlığı verib Bakı. 11 fevral. REPORT.AZ/ Ağ Ev rəhbəri Donald Tramp Ohayodakı atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşının həlak olması ilə bağlı başsağlığı verib.
Digər ölkələr
11 Fevral , 2018 05:58

Bakı. 11 fevral. REPORT.AZ/ Ağ Ev rəhbəri Donald Tramp Ohayodakı atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşının həlak olması ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter" sosial şəbəkəsindəki akkauntunda yazıb.

"Uestervildə iki polis zabitinə (öldürülməsinə-red) görə dua edirəm və onların ailələrinə, hamıya başsağlığı verirəm", deyə Amerika lideri yazıb.

Daha əvvəl məlum olub ki, Ohayo ştatının Uestervil şəhərində çağırışa gələn iki polis onları gözləyən cinayətkar tərəfindən öldürülüb. Şübhəli şəxs həbs edilib.  

Son xəbərlər

Orphus sistemi