KİV: Tramp KXDR liderindən nüvə silahını ABŞ-a köçürməyi xahiş edib

KİV: Tramp KXDR liderindən nüvə silahını ABŞ-a köçürməyi xahiş edib ABŞ prezidenti Donald Tramp Hanoyda keçirilən sammitin gedişatında Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Indan Şimali Koreyanın nüvə silahını və yanacağı ABŞ-a köçürməyi xahiş edib.
Digər ölkələr
30 Mart , 2019 03:46
KİV: Tramp KXDR liderindən nüvə silahını ABŞ-a köçürməyi xahiş edib

ABŞ prezidenti Donald Tramp Hanoyda keçirilən sammitin gedişatında Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Indan Şimali Koreyanın nüvə silahını və yanacağı ABŞ-a köçürməyi xahiş edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Amerika lideri Koreya və ingilis dillərində sənədi fevralın 28-də Hanoyda, "Legend Metropole" mehmanxanasındakı görüşün gedişatında Kim Çen Ina verib.

Qeyd edək ki, fevralın 27-də Vyetnamda Hanoyda ABŞ - Koreya Xalq Demokratik Respublikasının sammiti keçirilib. Birinci gün dövlət başçıları - Donald Tramp və Kim Çen In təkbətək görüş keçiriblər və görüş işçi şam yeməyi arxasında davam edib.

Növbəti gün siyasətçilər planlaşdırılmış görüşü vaxtından əvvəl tərk ediblər. 

Daha əvvəl KXDR xarici işlər nazirinin müavini Soy Son Hi Pxenyanda keçirilən mətbuat konfransında bildirib ki, Şimali Koreya Birləşmiş Ştatlarla Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqların dayandırılması mümkünlüyünü nəzərdən keçirir.

Son xəbərlər

Orphus sistemi