Yuxarı

Tramp: "Kim Çen In raket sınaqlarını sevir"

​Tramp: "Kim Çen In raket sınaqlarını sevir"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In raket sınaqları keçirməyi sevir.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, ABŞ rəhbəri bu fikirləri Ağ Evdə jurnalistlərlə söhbətində deyib. Məlumata görə, dövlət başçısından soruşublar ki, Kim Çeni In Trampa rəsmi Pxenyanın raketləri işə salması bu həftənin başlanğıcında, birgə ABŞ-Cənubi Koreya təlimləri bitdikdən sonra qurtaracağı barədə vəd verdikdə ABŞ prezidentini aldadıbmı? "Yox, mən belə düşünmürəm. O, raket sınaqlarını sevir", - deyə Tramp qeyd edib.

ABŞ prezidenti iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib. 

Qeyd edək ki, KXDR növbəti dəfə ballistik raket buraxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi