Yuxarı

KXDR növbəti dəfə ballistik raket buraxıb

​KXDR növbəti dəfə ballistik raket buraxıb

KXDR növbəti dəfə ballistik raket buraxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

"Raketlər bizim ölkəmizin xüsusi iqtisadi zona olan ərazi sularına çatmayıblar", - deyə Yaponiyanın İctimai Televiziyası ölkə hökumətinin nümayəndəsinin sözlərini sitat gətirib.

Qeyd edilir ki, hazırda Yaponiya hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının növbəti raket işə salması barədə informasiyanın toplanılması və analizi ilə məşğul olur.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının buraxdığı raketlər ballistik olub. Nazirlik bildirib ki, raketlər Yaponiyanın birbaşa təhlükəsizliyi üçün heç bir təhlükə törətməyib.

Bu ilin yayında Koreya Xalq Demokratik Respublikası raket sınaqlarını yeniləyib. KXDR sonuncu dəfə avqustun 10-da raket buraxıb. Həmin vaxt kiçik mənzilli iki ballistik raket təxminən 400 kilometr uçub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi