Tramp İraqa elan olunmamış səfər edib

Tramp İraqa elan olunmamış səfər edib Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə İraqa elan olunmamış səfər edib. O, burada amerikalı hərbçilərlə görüşüb.
Digər ölkələr
27 Dekabr , 2018 01:42
Tramp İraqa elan olunmamış səfər edib

Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə İraqa elan olunmamış səfər edib. O, burada amerikalı hərbçilərlə görüşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ağ evin mətbuat katibi Sara Sanders öz "Twitter" mikrobloqunda yazıb.

"Prezident Tramp və birinci xanım Milad gecəsi ali hərbi rəhbərlik və hərbçilər ilə görüşmək, xidmətlərinə, uğurlarına və itkilərinə görə təşəkkür etmək, həmçinin onların Milad bayramını təbrik etmək məqsədi ilə İraqa yola düşüb", - deyə o yazıb.

Sanders dövlət başçısı və həyat yoldaşının hərbçilərlə bir neçə fotosunu da paylaşıb.

Tramp prezident postunda ilk dəfə hərbi əməliyyatlar zonasını ziyarət edib.

Son xəbərlər

Orphus sistemi