Yuxarı

Tramp FED-in yeni rəhbərini gələn həftə təyin edəcək

Bu barədə Sara Sanders brifinqdə bildirib

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp FED-in yeni rəhbərini gələn həftə təyin edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Mən prezidentin gələn həftə Federal Rezerv Sisteminin rəhbərini vəzifəyə təyin etməsini elan edəcəyini təsdiq edə bilərəm", - deyə o bildirib.

Tramp ötən həftə Federal Rezerv Sisteminin başçısı postuna beş şəxsin namizədliyinə baxdığını təsdiqləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi