Tramp FED-in yeni rəhbərini gələn həftə təyin edəcək

Tramp FED-in yeni rəhbərini gələn həftə təyin edəcək Bu barədə Sara Sanders brifinqdə bildirib
Digər ölkələr
28 Oktyabr , 2017 01:00
Tramp FED-in yeni rəhbərini gələn həftə təyin edəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp FED-in yeni rəhbərini gələn həftə təyin edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Mən prezidentin gələn həftə Federal Rezerv Sisteminin rəhbərini vəzifəyə təyin etməsini elan edəcəyini təsdiq edə bilərəm", - deyə o bildirib.

Tramp ötən həftə Federal Rezerv Sisteminin başçısı postuna beş şəxsin namizədliyinə baxdığını təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi