Tramp BMT-də Kanadanın baş naziri ilə görüşdən imtina edib

Tramp BMT-də Kanadanın baş naziri ilə görüşdən imtina edib Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında Kanadanın baş naziri Castin Tryudo ilə görüşdən imtina edib.
Digər ölkələr
27 Sentyabr , 2018 04:47
Tramp BMT-də Kanadanın baş naziri ilə görüşdən imtina edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında Kanadanın baş naziri Castin Tryudo ilə görüşdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin özü keçirdiyi mətbuat konfransının gedişatında bildirib.

"Bəli, mən bunu etdim. Çünki tariflər olduqca yüksəkdir. Və deyəsən o (Tryudo-red), güzəştə getmək istəmir, - deyə Amerika lideri qeyd edib.

Daha əvvəl isə Castin Tryudo bildirib ki, Şimali Amerika zonasında azad ticarət üzrə danışıqlar BMT Baş Assambleyasında qeyri-formal şəkildə davam etdirilə bilər.

Son xəbərlər

Orphus sistemi