Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib

Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib O və xanımı Melani yol boyu limuzində bir neçə dəfə mərasimə toplaşmış insanları salamlayıblar
Digər ölkələr
21 Yanvar , 2017 02:16
Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib

Bakı. 21 yanvar. REPORT.AZ/ Donald Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, o, inauqurasiya naharından sonra ilk dəfə prezident kimi Vaşinqtonun mərkəzində, Amerika rəhbərlərinin əsas rezidensiyasına üz tutub.

Prezidentin korteci inauqurasiyaya uyğunlaşdırılmış ənənəvi parada başçılıq edib. Prezidentin kortecini 10-a yaxın cangüdən mühafizə edib.

Tramp və həyat yoldaşı Melani yol boyu bir neçə dəfə limuzində mərasimə toplaşmış insanları salamlayıblar.  

Son xəbərlər

Orphus sistemi