Yuxarı

Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib

O və xanımı Melani yol boyu limuzində bir neçə dəfə mərasimə toplaşmış insanları salamlayıblar

Bakı. 21 yanvar. REPORT.AZ/ Donald Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, o, inauqurasiya naharından sonra ilk dəfə prezident kimi Vaşinqtonun mərkəzində, Amerika rəhbərlərinin əsas rezidensiyasına üz tutub.

Prezidentin korteci inauqurasiyaya uyğunlaşdırılmış ənənəvi parada başçılıq edib. Prezidentin kortecini 10-a yaxın cangüdən mühafizə edib.

Tramp və həyat yoldaşı Melani yol boyu bir neçə dəfə limuzində mərasimə toplaşmış insanları salamlayıblar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi