​Texniki problem səbəbindən Boeing Malayziyanın şərqində təcili eniş edib

​Texniki problem səbəbindən Boeing Malayziyanın şərqində təcili eniş edib İlkin məlumata görə, sərnişin və ekipaj üzvləri arasında xəsarət alan olmayıb
Digər ölkələr
18 İyul , 2015 12:52
​Texniki problem səbəbindən Boeing Malayziyanın şərqində təcili eniş edib

Bakı. 18 iyul REPORT.AZ/ Malayziya büdcə aviaşirkəti Malindo Air-ə məxsus Boeing 737-900 texniki problemlər üzündən havaya qalxdığı aeroporta geri dönmək məcburiyyətində qalıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün təyyarənin enməli olduğu Kuala Lumpur hava limanından bildirilib.

Məlum olub ki, Kuçing şəhərindən (Malayziyanın Saravak vilayətinin inzibati mərkəzi) havaya qalxdıqdan 10 dəqiqə sonra təyyarənin komandiri təcili eniş etməyə qərar verib. Hadisənin səbəbləri hələlik məlum deyil.

İlkin məlumata görə, sərnişin və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Hal-hazırda mütəxəssislər təyyarənin texniki vəziyyətinin yoxlamasını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi